Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Domenlərin kütləvi qeydiyyatı “Apple”ə nə üçün lazımdır?


“Apple” şirkəti öz məhsulları üçün çoxlu sayda domen adları qeydiyyatdan keçirib. Təxminən 50 domeni satın alan şirkət iOS 5-i, OS X Lion, iCloud-un bir çox xidmət və funksiyaları üçün domenləri qeydiyyatdan keçirdiyini bildirib. Təbii ki, “Apple” bütün bu domenlərə uyğun saytlar istifadəyə verməyəcək. Ehtimal ki, şirkət sadəcə ehtiyat üçün bu addımı atıb.
Xatırladaq ki, Lion əməliyyat sistemi yayda hazır olacaq və iOS 5 və iCloud payızda ilk dəfə debüt edəcəklər.




13/06/11    Çap et