Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal planşet bazarının həcmi 15% azalıb


“IDC” analitik şirkəti cari ilin üçüncü rübünün nəticəsinə görə qlobal planşet bazarının vəziyyəti haqda hesabatını dərc edib.
 
Analitiklərin məlumatına əsasən, iyul-sentyabr aylarında sözügedən bazarın həcmi 43 milyon qurğu təşkil edib, halbuki bir il əvvəl istehsalçılar 50.5 milyon planşet tədarük etmişdilər. Beləliklə, bir il ərzində planşet bazarının həcmi 14.7% azalıb. Eyni zamanda planşet bazarı cari ilin ikinci rübü ilə müqayisədə 9.8% artıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, 9.3 milyon müxtəlif “iPad” modelləri tədarük etmiş “Apple” şirkəti planşet bazarında əvvəlki kimi liderdir, bazar payı 21.5%-dir. Ancaq bir il əvvəl şirkət 9.9 milyon qurğu tədarük etmişdi. 6.5 milyon qurğu tədarük etmiş “Samsung” şirkəti ikinci yerdə qərarlaşıb. Cənubi Koreya şirkətinin tədarük həcmi bir ildə 1.6 milyon azalıb.
 
“Amazon” şirkəti planşet bazarında üçüncü pilləni tutub, planşet tədarükünü 319.9% artırmağa nail olub. Beləliklə, şirkətin bazar payı 1.5%-dən 7.3%-dək artıb.
 
Emil Hüseynov





02/11/16    Çap et