Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MDB-nin 20 illiyi münasibətilə yeni marka çap olunub


Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyi münasibətilə yeni marka çap olunub.

“Azərmarka”şirkətinin prezidenti İntiqam Bağırlının “İCTNews”a verdiyi məlumata görə, Belorus Respublikasında yüksək keyfiyyətlə çap olunan marka dövriyyəyə buraxılıb. Əlli min tirajla çap olunan markaların nominal dəyəri 60 qəpikdir.

Kolleksiyaçılar üçün dəyərli olan markalar eyni zamanda məktub göndərişlərinin üzərinə vurulmaqla bütün dünyaya yayımlanacaq.

Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən 15 respublikanın birliyi nəticəsində yaranıb. Sonradan Pribaltika və Gürcüstan respublikaları bu birlikdən könüllü şəkildə imtina edib.




28/09/11    Çap et