Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti internet istifadəçilərini zərərli kontentdən qoruyan mexanizmləri təkmilləşdirir


“Google” şirkəti internet istifadəçilərini zərərli kontent və təhlükəsizlik riski daşıyan müxtəlif resurslardan qoruyan mexanizmlər üzərində təkmilləşdirmə işlərini aparmağa davam edir. Bu günlərdə axtarış nəhənginin nümayəndələri “Safe Browsing” texnologiyasının imkanlarının genişləndirilməsi haqda məlumat veriblər. İndi sözügedən mexanizm qaydaları pozan və təhlükəsizlik riski daşıyan saytları yoxlayacaq və belə hal bir də təkrarlandıqda həmin sayta "dəfələrlə pozma" statusunu verəcək. Resursu belə statusa layiq görülmüş veb ustalar təhlükəsizlik riski haqda xəbərdarlığı saytdan tezliklə yığışdıra bilməyəcəklər. Status verildikdən yalnız bir ay sonra təkrar yoxlamadan keçmək mümkün olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, beləliklə, “Google” şirkəti yalnız bir müddətliyə zərərverici aktivliyini dayandıran, xəbərdarlıq aradan qaldırıldıqdan sonra öz işini yenidən aktivləşdirən bəzi resurslarla mübarizə aparmağı planlaşdırır. Yeni sistem belə imkanı aradan qaldırmalıdır.

Emil Hüseynov





14/11/16    Çap et