Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Marketplace” mağazasının veb- versiyasını istifadəyə verib


“Microsoft” korporasiyası “Windows Phone 7” mobil platforması üçün “Marketplace” proqramlar mağazasının veb-versiyasını istifadəyə verib. Bu barədə “wpcentral” bildirib. Lakin şirkət hələ rəsmi məlumat verməyib.

Mağaza “windowsphone.com/marketplace” ünvanında yerləşir. İstifadəçilər sayt vasitəsilə mağazanın kataloquna baxa, proqramların izahını oxuya və onları öz smartfonuna yükləyə bilərlər.

“Marketplace” proqramlar mağazası 2010-cu ilin oktyabr ayında “Windows Phone 7” mobil platformasının çıxışı ilə eyni zamanda açılıb. Xidmətdən demək olar ki,1 il ərzində yalnız smartfon vasitəsilə istifadə etmək mümkün idi.

Hal-hazırda “Marketplace” kataloqunda 30 mindən çox proqram var. Mağaza ilə iş üçün “Windows Live İD” identifikatoru və “Zune” hesabı tələb olunur.




28/09/11    Çap et