Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telekom” Azərbaycan Super Liqasında növbəti qələbəsini qazanıb


Dekabrın 6-da qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti turu keçirilib.
 
"Olimp" idman kompleksində baş tutan oyunda "Telekom" komandası "Azerreyl" ilə qarşılaşıb.
 
"Telekom" oyunun ilk setində üstün oyun nümayiş etdirərək 25:19 hesabı ilə qalib gəlib.  İkinci setdə "Azerreyl" dönüş yaratmaqla, seti 25:15 hesabı ilə öz xeyrinə başa vurub. Üçüncü set tam bərabər şəraitdə keçsə də, setin sonlarında qalib tərəf 25:23 hesabı ilə "Azerreyl" komandası olub.  
 
Aldığı iki set məğlubiyyətindən sonra ruhdan düşməyən "Telekom" komandası dördüncü setdə 25:23 hesabı ilə qalib gəlib.
 
Gərgin mübarizə şəraitində keçən beşinci set 16:14 bitərək, "Telekom" komandasına "Azərreyl" üzərində 3:2 hesabı ilə qələbə qazandırıb.
 
"Telekom" komandasının bu oyunda ən məhsuldar oyunçuları O. Həsənova (18 xal), J. Vesoviç (16 xal), Y. Səmədova (15 xal) və  M. Əzizova (15 xal) olublar.
 
Turun digər qarşılaşmasında "Azəryol" "Lokomotiv" üzərində 3:0 (25:8; 25:9, 25:11) hesabı ilə qalib gəlib.





07/12/16    Çap et