Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” xidmətində şərhləri deaktiv etmək imkanı əlçatan olub


"Instagram" mobil proqramında bir sıra yeniliklər edilib. Tərtibatçıların məlumatına görə, indi istifadəçilər öz şəkillərinin altındakı şərhləri deaktiv edə biləcəklər. Həmçinin istifadəçilər fotoxidmətdə bəyəndikləri şərhlərə "layk" qoymaq imkanı əldə ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, bundan başqa istifadəçini blok etmədən onu abunəçilər siyahısından silmək imkanı əlçatan olacaq və bu halda istifadəçi heç bir xəbərdarlıq almayacaq.

Mobil proqramın yeni versiyası 6 dekabr tarixindən istifadəçilərin bir hissəsi üçün əlçatan olub, digər istifadəçilər isə bir neçə həftə gözləməli olacaq.

Emil Hüseynov





07/12/16    Çap et