Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə fəaliyyət göstərən hər ikinci sayt təhlükəlidir


“Menlo Security” şirkətinin informasiya təhlükəsizliyi sahəsi üzrə ekspertləri tərəfindən dərc edilmiş analitik araşdırmanın nəticəsinə görə, internetdə fəaliyyət göstərən saytların 50%-dən çoxu təhlükəlidir.

“Menlo Security” analitiklərinin nəticəsinə əsasən, saytların 46%-i zəif proqram təminatının idarəsi ilə işləyir ki, bu da istifadəçi məlumatlarının müdaxilə ehtimalını yüksəldir.

“ICTnews” Elektron Xəbər Xidməti “http://planet-today.ru” saytına istinadən yazır ki, hətta nüfuzlu saytlar təhlükə daşıyır. Məsələn, bir dəfə “The Economist” saytında aşkar edilmiş şübhəli reklam modulu hətta reklamı blok edən proqram təminatından istifadə edən istifadəçilərdə görsənmişdi. Mütəxəssislərin sözlərinə görə, üzə çıxan pəncərə zərərverici proqram təminatını yaya bilərdi.

Domen sahibləri çox vaxt onlar tərəfindən istifadə edilən reklam modullarının saytın ziyarətçilərinə təhlükə yaratmasını ehtimal etmirlər.

Analitiklər qeyd ediblər ki, böyüklər üçün saytların ziyarətçiləri öz fərdi məlumatlarını təhlükə altına qoyurlar, çünki həmin saytların administrasiyası əksərən bilərəkdən istifadəçilərinin kompüterlərini bu və ya digər zərərverici proqram təminatına yoluxdurur.

Emil Hüseynov





19/12/16    Çap et