Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən tələbələrlə görüşlər keçiriləcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən mütəmadi olaraq universitet tələbələri ilə görüşlər keçiriləcək.
 
Görüşlərin təşkilində əsas məqsəd tələbələrin informasiya texnologiyaları sahəsinə marağının artırılması və sahə üzrə karyera qurmaq istəyənlərə ətraflı məlumatların verilməsidir. Tələbələrə nazirliyin həyata keçirdiyi layihələr, o cümlədən elektron hökumət həlləri barəsində geniş məlumat veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.
 
İlk görüşlər bu həftə ərzində baş tutacaq. Belə ki, 22 dekabr saat 11:00-da Azərbaycan Texniki Universitetinin, 23 dekabr saat 11:00-da isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri öz universitetlərində keçiriləcək “İT karyerasının inkişafı” mövzusunda seminarlara qatıla bilərlər. 





19/12/16    Çap et