Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən kiçik radio yaradılıb


Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mütəxəssisləri dünyanın ən kiçik ölçülü radiosunu yaradıblar. Onlar ölçüsü iki atom boyda olan çəhrayı almaz kristallarındakı qüsurlardan istifadə edərək belə miniatür radio yığmağa nail olublar. Radio beş əsas komponentdən ibarətdir: enerji mənbəyi, qəbuledici, çevirici, tüner və dinamik. Qəbuledici yaxınlıqdakı elektromaqnit siqnallarını qəbul edir, bundan sonra sonuncular çeviricidən keçərək elektrik cərəyanına çevrilir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, dünyanın ən kiçik radiosu almaz kristallarında aşkar edilmiş nasazlıqlar sayəsində yaradılıb. Almaz kristalının ətrafındakı maqnit müxtəlif stansiyaların tezliyinin sazlanması üçün istifadə olunur.

Sözügedən radio sınaq zamanı 350 selsi dərəcə temperaturadək şəraitdə musiqi səsləndirib.
"Bu radio kosmosda, hətta insanın bədənində işləyə bilər" – layihənin aparıcı mühəndisi Marko Lonkar deyib.

Emil Hüseynov







20/12/16    Çap et