Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2022-ci ilə 550 milyon qurğu “5G” şəbəkələrinə qoşulacaq


İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı tərəfindən tərtib edilmiş “Mobility Report”un hesabatına əsasən, 2022-ci ilə dünyada beşinci nəsil (“5G”) şəbəkələrinə qoşulmuş təxminən 550 milyon qurğu qeydə alınacaq.

Şirkətin analitiklərinin proqnozuna görə, Şimali Amerika “5G” şəbəkələrinin yayılma tempinə görə lider olacaq: 2022-ci ilə bu regionda mobil rabitə abunəçilərinin 20%-i yeni yüksəksürətli texnologiyadan istifadə edəcək. Müqayisə üçün, Asiya-Sakit okean regionunda bu göstərici 10% təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Ericsson-LG” mobil genişzolaqlı giriş bölməsinin baş meneceri Li Ci-xen bildirib ki, dünya üzrə bir çox operatorlar yaxın illərdə “5G” standartının kommersiya tətbiqinə hazırlaşırlar. Ekspertlərin proqnozuna görə, belə şəbəkələr 2020-ci ilə işə salınacaq, bundan sonra müxtəlif ölkələrdə sözügedən texnologiyadan kütləvi istifadə edilməyə başlanılacaq.

“4G” ilə müqayisədə “5G” texnologiyası məlumatları 20 dəfə sürətli ötürməyə imkan verir.

Emil Hüseynov





21/12/16    Çap et