Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fikri oxuyan “ağıllı” restoran açılacaq


Çində “KFC” restoranlar şəbəkəsi və yerli “Baidu” veb-xidmətlər provayderi gələcəyin restoranının yaradılması üzərində işləyirlər. Yeni "ağıllı" fast-fud kafesi Pekində yerləşəcək. Restoranın əsas özəlliyi ondan ibarətdir ki, müştəri sifariş etməyəcək. Sistem müştərinin üz ifadəsindən onun hansı qidanı yemək istədiyini müəyyənləşdirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, “KFC”-nin kassalarında qurulmuş müasir skanerlər müştərinin cinsini, yaşını və əhval-ruhiyyəsini müəyyənləşdirə biləcək. Restoran operatorlarının fikrincə, bu, sifarişi təyin etmək üçün kifayətdir.

Bundan başqa, restoran tədricən daimi müştərilərin məlumat bazasını yaradacaq. Bu, müştərinin əvvəlki sifarişlərinə əsaslanaraq onun istəyini daha dəqiq təyin etməyə imkan verəcək.

Emil Hüseynov





28/12/16    Çap et