Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” 360 dərəcə formatında videoyayım funksiyasını istifadəyə verib


Populyar “Twitter” xidməti yeni funksiya (panorama videosu) istifadəyə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yeni funksiya sayəsində hazırlanmış ilk videoçarx rəsmi mikrobloqda dərc edilib. Ancaq yenilik bütün istifadəçilər üçün əlçatan deyil. Hələ ki sınaqdan keçirilir.

360 dərəcə formatında çəkilmiş video abunəçilərə yalnız danışanı deyil, həm də ətrafda olanları görməyə imkan verəcək.

Emil Hüseynov





29/12/16    Çap et