Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada rekord tutuma malik fləş kart təqdim edilib


“Kingston” şirkəti 1 və ya 2 terabayt (TB) tutuma malik “DataTraveler Ultimate GT” daşıyıcısını istehsal edib.

İstehsalçı iddia edir ki, bu fləş kart dünyada ən rekord tutuma malikdir. Fləş kartın ölçüsü bir qədər böyükdür. Qurğu 2017-ci ilin fevralında satışa çıxarılacaq. Hələ ki qiyməti açıqlanmayıb, amma güman etmək olar ki, ucuz olmayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, qurğu ən aktiv səyahətlər zamanı məlumatların bütövlüyünü qorumaq məqsədilə möhkəm metal korpusla təchiz edilib. Fləş kart yalnız “USB 3.1” interfeysini dəstəkləyir, ona görə sizin noutbukunuz yalnız “USB-C” interfeysini dəstəklədiyi halda, müvafiq birləşdirici satın almalı olacaqsınız.

Emil Hüseynov





05/01/17    Çap et