Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Google”-dakı səhvlər haqqında sayt özü xəbərdarlıq edəcək


“Google” şirkəti öz “Google Analytics” veb-analitik xidmətində real vaxt ərzində yeni statistika alətinin istifadəyə verilməsini rəsmən elan edib.

İnternet-nəhəngin nümayəndələrinin sözlərinə görə, yeni alət saytda bu və ya digər materialların populyarlığını ani olaraq izləməyə imkan yaradacaq. Bundan əvvəl xidmət tam hesabatı yalnlız 24 saatdan sonra təqdim edirdi.

Real vaxt ərzində sayta daxil olmalar haqqında məlumatların verilməsindən əlavə “Google Analytics” indi saytdakı səhvlər haqqında xəbərdarlıq edə, həmçinin saytın trafikinin server üçün çox böyük olması barədə məlumat verə biləcək.

Yeni alətdən hələ ki “Google Analytics” istifadəçilərinin hamısı istifadə edə bilməz. Tərtibatçıların sözlərinə əsasən, yaxın həftələr ərzində hamı yeni alətdən istifadə edə biləcək.




30/09/11    Çap et