Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində internet istifadəçilərinin sayı 500 milyonu ötüb


Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının informasiya idarəsi bu gün elan edib ki, Çində internet istifadəçilərinin sayı 500 milyonu ötüb.

Ölkədə internet istifadəçilərinin sayı haqqında əvvəlki göstərici cari ilin iyun ayının sonunda dərc edilib, o zaman hakimiyyət Çində 485 milyon internet istifadəçisinin olduğunu bildirmişdi.

Hal-hazırda ÇXR Dövlət Şurasının informasiya idarəsinin rəhbəri Vonq Çen bildirib ki, təxminən 130 milyon və ya 27% internet istifadəçi ölkənin kənd regionlarının sakinləridir.

O, həmçinin qeyd edib ki, internet istifadəçilərinin yarıdan çoxu sosial şəbəkələrdə işləyir. "Çin internet sferası daha sürətli inkişaf edir və bu istiqamət strateji əhəmiyyətli iqtisadi mühitə çevrilir" - o bildirib.




30/09/11    Çap et