Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10 Mobile” sistemində yaddaş kartlarının şifrlənməsi funksiyası əlçatan olacaq


“Microsoft” korporasiyasının  “Windows 10” masaüstü əməliyyat sisteminə böyük diqqət ayırması hər kəsə bəllidir. Bununla belə şirkət, hələ ki, mobil versiyadan imtina etmək niyyətində deyil. “Windows 10 Mobile” sisteminin 15007 nömrəli son insayder quraşdırmasında iki yeni funksiya istifadəyə verilib. Funksiyalardan biri smartfonun şarjı doldurulduqda “Glance Screen” mobil proqramının aktiv olmasını təmin edir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, ikinci yenilik isə yaddaş kartlarının şifrlənməsidir. Bu funksiya ilk növbədə korporativ müştərilər üçün nəzərdə tutulub.

"15007 nömrəli quraşdırmadan sonra indi “Windows 10 Mobile” sistemi ilə işləyən korporativ qurğular telefona yerləşdirilmiş “SD” kartları şifrləmək imkanına malikdirlər" – yeni funksiyanın təsvirində deyilir.

Qurğunun şifrlənməsini "Yeniləmə və Təhlükəsizlik" bölməsində aktivləşdirmək olar.

Emil Hüseynov





16/01/17    Çap et