Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 11” istifadəçiləri qrup şəklində zənglərdən yararlana biləcəklər


Bütün “Apple” məhsulu həvəskarlarını gözəl sürpriz gözləyir. Belə ki, yeni “iOS 11” əməliyyat sistemində “Apple” istifadəçiləri arasında qrup şəklində zənglər funksiyası istifadəyə veriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, məlum olduğu kimi “iPad” planşeti və “iPhone” smartfonu üçün video və audiozənglər servisi 2010-cu ildə istifadəçilərin ixtiyarına verilib. Lakin yenilənmiş “iOS 11” ilə bu zəngləri eyni anda bir neçə istifadəçi arasında etmək mümkün olacaq.

ABŞ istehsalçısının nümayəndələri bildiriblər ki, qrup şəklində zəng 5 nəfər arasında həyata keçiriləcək.

Yeni əməliyyat sisteminin təqdimatı yayda keçiriləcək “WWDC 2017” konfransında planlaşdırılır. Əvvəlcə servisin yalnız beta versiyasından istifadə mümkün olacaq, daha sonra məhsulun bir neçə ay ərzində sınaqları nəzərdə tutulur. İlin sonunadək isə məhsuldan tam həcmdə bütün “Apple” istifadəçilərinin yararlanması gözlənilir.

Nizam Nuriyev 





24/01/17    Çap et