Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkətinin ən zəif əməliyyat sistemi hansıdır?


İnformasiya təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış “RiskBased Security” şirkətinin ekspertləri “Windows 10” sistemini “Microsoft” şirkətinin ən zəif əməliyyat sistemi adlandırıblar.

Mütəxəssislərin məlumatına görə, 2016-cı ildə “Microsoft” öz proqram təminatında 729 boşluğu aradan qaldırıb. Xatırladaq ki, 2014-cü ildə bu göstərici 383-ə bərabər idi.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklər “Internet Explorer” brauzerini “Microsoft” şirkətinin ən zəif məhsulu adlandırıblar. “RiskBased Security” şirkətinin müşahidəsinə əsasən, indiyədək sözügedən proqram təminatında 1261 boşluq aşkar edilib.

İndiyədək 705 boşluq tapılmış “Windows 10” əməliyyat sistemi ikinci yeri tutub. “Microsoft” şirkəti “Windows Server 2012”, “Windows 7” və “Windows Vista” əməliyyat sistemlərində ümumilikdə 660, 647 və 621 boşluq aradan qaldırıb.

Ekspertlər bildiriblər ki, “Windows 10” sistemində çoxlu sayda boşluğun aşkarlanması bu platformanın əvvəlkilərlə müqayisədə daha təhlükəli olması anlamına gəlmir. “RiskBased Security” şirkəti tərəfindən bildirilmiş proqram çatışmazlıqlarının əksəriyyəti kütləvi elan edilmədən aşkarlanıb və aradan qaldırılıb, ona görə istifadəçilərə zərər dəyməyib.

“Microsoft” şirkəti “Windows 10” sistemi ilə müqayisədə “Windows 7” sistemini daha təhlükəli əməliyyat sistemi adlandırır və korporasiyanın sonuncu əməliyyat sistemindən istifadəni tövsiyə edir.

Emil Hüseynov





09/02/17    Çap et