Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da daha çox hansı ölkənin vətəndaşları vaxt keçirir?


“Hitwise” şirkəti yeni tədqiqat nəticələrini dərc edib. Tədqiqatda “Facebook” sosial şəbəkəsində müxtəlif ölkə istifadəçilərinin keçirdikləri vaxt müəyyənləşdirilib.

Sinqapur istifadəçilərinin “Facebook”da daha çox vaxt (orta hesabla sessiyaya 38 dəq 46 saniyə) keçirdikləri məlum olub. Ən aşağı göstərici isə Braziliyaya ( 18 dəqiqə 19 saniyə) məxsus olub.

Sinqapurdan sonra ikinci yeri Yeni Zellandiya (30 dəqiqə 31 saniyə) tutur. Siyahıda sonrakı yerlərdə Avstraliya, Britaniya və ABŞ yerləşib.




03/10/11    Çap et