Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti ilk pərakəndə mağaza açır


“Google” internet şirkəti Britaniyanın “PC World” kompyuter riteyleri ilə əməkdaşlıq çərçivəsində öz ilk mağazasını açır.

“Google”-un ilk ticarət nöqtəsi “Apple Store” stilində hazırlanıb və “PC World London” supermarketində ayrıca açıq pavilyon şəklindədir.

Hazırda “Google” pərakəndə mağazasındakı çeşidlərin əhəmiyyətli hissəsi “ChromeOS” əsasında işləyən müxtəlif şirkətlərin xrombuklarıdır.

Yeni ticarət nöqtəsində, həmçinin “Android” əməliyyat sistemi ilə işləyən planşet və smartfonlar da əldə etmək olar. “Google Store” mağazasında, həmçinin “Wi-Fi” sistemi də işləyir, belə ki, məhsulun əsas hissəsi əvvəlcədən internetlə istifadə üçün nəzərdə tutulub.




03/10/11    Çap et