Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” serverlər üçün ən güclü prosessorunu təqdim edilib


ABŞ-ın “Intel” korporasiyası serverlər üçün “Xeon E7- 8894 v4” adlı qabaqcıl prosessorunu təqdim edib. Yeni prosessor “Broadwell-EX” sinfinə aiddir.

Yeni çip 14 nanometr texnoloji proses üzrə hazırlanıb və “Hyper-Threading” çox axınlı məlumatların işlənməsi texnologiyasını dəstəkləyən 24 hesablama nüvəsinə malikdir. Prosessorun takt tezliyi 2.4-3.4 QHs təşkil edir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, üçüncü səviyyəli keş yaddaşın tutumu 60 MB-dır, interfeysin buraxılış qabiliyyəti 9.6 QB/s, “TDP” göstəricisi 165 vatdır. Prosessor “LGA2011-1” soketinə uyğundur və 85 Qbit/s-dək buraxılış qabiliyyətini təmin edə bilən 4 kanallı “DDR4” yaddaşı dəstəkləyir.

“Intel” korporasiyası “Xeon E7-8894” çipini ən sürətli server prosessoru adlandırır və onu yalnız yüksək məhsuldarlıq deyil, həm də kompüter sistemlərində fasiləsiz işə ehtiyac duyan şirkətlər üçün nəzərdə tutur. Çip 4-dən 8-dək prosessor konnektoru ilə təchiz edilmiş güclü serverlərdə istifadə oluna bilər.

“Intel Xeon E7-8894” prosessorunun qiyməti 8900 dollardan başlayır. İstehsalçı yeni prosessorun satışa çıxarılma tarixini açıqlamayıb.

Emil Hüseynov





15/02/17    Çap et