Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” smartfonlarında bank proqramlarına müdaxilə edən virus aşkarlanıb


“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğularda peyda olan troyan istifadəçinin bank proqramlarından loqin və parolları oğurlayır. Bu haqda “ESET” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, virus hava proqnozu vidceti kimi maskalanır, smartfonda bank proqramlarını axtarıb tapdıqdan sonra loqin və parolları oğurlayaraq öz operatorlarına göndərir. “ESET” şirkətinin məlumatına görə, ilk dəfə sözügedən troyan virusu 2017-ci ilin fevralında aşkar edilmişdi və Böyük Britaniya, Avstriya, Almaniya və Türkiyənin 69 proqramına qarşı hədəflənib.

Emil Hüseynov





02/03/17    Çap et