Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Swatch” “ağıllı” saatlar üçün əməliyyat sistemi yaradacaq


İsveçrənin “Swatch” brendi daşınan elektronika üçün əməliyyat sistemi hazırlamağa başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkət rəhbəri Nik Hayek “Bloomberg” agentliyinə müsahibədə bildirib ki, “Swatch” təkcə “ağıllı” saatlar istehsal etmək yox, “Apple Watch” saatları üçün “watchOS” əməliyyat sistemi təqdim edən “Apple” və “Tizen” əməliyyat sistemli saatlar hazırlayan “Samsung” şirkətləri ilə rəqabət aparmağı düşünür.

Məlumata görə, N.Hayek bəyanatı digər İsveçrə şirkəti “TAG Heuer” 1650 dollar dəyərində “ağıllı” saatlar təqdim etdikdən bir neçə gün sonra səsləndirib. “TAG Heuer” saatları “Google” şirkətinin “Android Wear 2.0” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Şirkət rəhbərinin sözlərinə görə, daşınan elektronika istehsalçıları məhsulu miniatür şəklə salmalı və şəxsi əməliyyat sisteminə malik olmalıdırlar. “Swatch” rəhbəri hesab edir ki, şəxsi əməliyyat sistemi şirkətlərə müasir qurğular üçün çatışmazlıq kimi xarakterik olan avtonom iş vaxtı üzərində böyük nəzarətə imkan verəcək.

Yeni platforma ilə təchiz edilən ilk “Tissot” modelinin 2018-ci ilin sonunda nümayiş ediləcəyi gözlənilir.

Nizam Nuriyev





18/03/17    Çap et