Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt “Word” redaktorunda mətnləri düzəltməyə kömək edəcək


Populyar “Microsoft Word” mətn redaktoru daha “ağıllı” olacaq. “Office 365” paketinə əlavə ediləcək süni intellekt yalnız orfoqrafiya və punktuasiyanı deyil, həm də mətn üslubunu düzəldəcək, istifadəçilərin diqqətini jarqon, ədəbsiz leksika, slenq və anlaşılmaz ifadələrə cəlb edəcək. Bir sözlə, “Microsoft”un süni intellekti üslub redaktorlarını və korrektorları tam əvəz edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti belta.by saytına istinadən yazır ki, süni intellekt 16.0.7409.1000 versiyasından etibarən əlçatan olacaq. Standart "Правописание" panelini əvəz edəcək "Korrektor" paneli mətndəki qeyri-dəqiqlikləri düzəldəcək.

Emil Hüseynov





29/03/17    Çap et