Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Word”, “Excel” və “PowerPoint” artıq “OneDrive” və “SharePoint” fayllarını avtomatik saxlayır


“Windows” sistemi üçün “Word”, “Excel” və “PowerPoint” masaüstü proqramlarında avtomatik saxlama funksiyası istifadəyə verilib. “Microsoft” şirkətinin rəsmisi məlumat verib ki, yeni imkan yalnız lokal deyil, həm də “OneDrive”, “OneDrive for Business” və “SharePoint Online”də saxlanılan fayllarla işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, yenilik “Office” insayder proqramında iştirak edən “Office 365” abunəçilərinə əlçatan olub. "Avtomatik saxlama funksiyası sayəsində artıq "Saxlamaq" düyməsinə sıxmağa ehtiyac yoxdur" – “Microsoft Office”in korporativ vitse-prezidenti Kirk Keniqsbauer deyib.

Şirkətin nümayəndəsi “VentureBeat” saytına bildirib ki, növbəti mərhələdə avtomatik saxlama funksiyası “macOS” sistemi üçün masaüstü ofis proqramlarında əlçatan olacaq.

Bundan əvvəl belə imkan “Office Online” və “Android”, “iOS” və “Windows”un mobil versiyası üçün “Office” proqramlarında əlçatan idi. Ofis paketinin masaüstü proqramlarında mövcud olan avtomatik bərpa funksiyası sənədi təyin edilmiş müddətdə (məsələn, hər 10 dəqiqədən bir) saxlamağa imkan verir.

Bundan başqa “Windows” üçün “Excel” ofis proqramında sənədlərin birgə redaktəsi imkanı əlçatan olub. Yeni funksiya real vaxt rejimində bir neçə istifadəçinin fayllarla işləməsinə imkan verir. Bu funksiya hələ ki yalnız insayderlərə əlçatandır.

Emil Hüseynov





31/03/17    Çap et