Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” ikiekranlı qurğu üçün patent hüququ alıb


“Microsoft” korporasiyası yaxın gələcəkdə ikidispleyli qurğu istehsal etmək niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, displeylərdən biri istifadəçilərə mətnli informasiyanın elektron mürəkkəb texnologiyası vasitəsilə daxil edilməsinə imkan verəcək. Hər iki ekran sensorlu olacaq. Həmçinin “Surface Touch Cover” klaviaturasında musiqi pleyerinin idarə olunması üçün düymələr yerləşəcək və səslənən musiqi haqqında bütün məlumatlar göstəriləcək.

Bildirilir ki, patent üçün yeni müraciət ötən ilin payızında verilib. Hazırda patentin konkret qurğu və ya innovativ konsepsiya şəklində həyata keçiriləcəyi məlum deyil. Lakin istənilən halda “Microsoft” pərəstişkarları yaxın gələcəkdə yeni texnologiyalardan həzz almaq imkanı əldə edəcəklər.

Nizam Nuriyev 





04/04/17    Çap et