Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telegram” messencerində videomesajlar göndərmək mümkün olacaq


Ötən həftə “Telegram” messenceri yenilənib. Mobil proqramın yeni versiyasında səsli zənglər funksiyası istifadəyə verilib, həmçinin videofaylların mübadiləsi üçün yeni imkanlar əlçatan olub. Bundan başqa “Planet Mobile” resursunun məlumatına görə, “Android” mobil əməliyyat sistemi üçün 3.18.1 versiyasında qısa videomesajlar funksiyası təqdim olunacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, videomesaj göndərmək funksiyasını aktivləşdirmək üçün “Telegram” messencerini 3.18.1 versiyasınadək yeniləməli, bundan sonra video rejiminə keçid üçün mikrofon ikonkasına sıxmaq lazımdır. Müvafiq ikonka peyda olduqdan sonra video çəkmək üçün düyməni sıxıb saxlamaq kifayətdir.

Emil Hüseynov





07/04/17    Çap et