Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər ay istifadəçilər “iOS” üçün 1 milyard proqram yükləyirlər


“Apple” şirkətinin “iTunes App Store” onlayn mağazasında hal-hazırda artıq 500 mindən çox proqram yerləşdirilib.

Bu barədə yeni “iPhone” təqdimatına həsr edilmiş dünənki tədbir gedişində “Apple” nümayəndəsi bildirib. 500 min proqramın 140 mini “iPad” planşeti üçün yaradılıb.

Hazırda “App Store” istifadəçilərinin artıq 18 milyarddan çox proqram yüklədikləri məlumdur, ay ərzində isə təxminən 1 milyard proqram yüklənir.




05/10/11    Çap et