Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” gələn ay “Windows 10” sisteminin “bulud” versiyasını təqdim edəcək


"Microsoft" şirkəti 2 may tarixində yeni aparat və proqram məhsullarını təqdim edəcək. Gözləntilərə görə, "Windows 10" əməliyyat sisteminin "bulud" versiyasının təqdimatı əsas yenilik olacaq. Dəvətdə #MicrosoftEDU" heşteqinin olması faktı da bunu sübut edir. Beləliklə, "Microsoft" təhsil seqmenti üçün "Windows 10 Cloud" (ucuz kompüterlər üçün "Windows 10" sisteminin yüngül versiyası) sistemini təqdim edəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, indiki halda yalnız o məlumdur ki, "Windows 10 Cloud" sistemi standart "Win32" proqramlarını dəstəkləyəcək. Amma bu proqramları yalnız "Windows Store" mağazasından yükləmək mümkün olacaq. Sistem digər xüsusiyyətlərinə görə "Windows 10"-un adi versiyasına maksimum oxşar olacaq.

Emil Hüseynov





14/04/17    Çap et