Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Köhnə “Windows” smartfonlarında “Windows 10 Mobile” sistemi quraşdırılmayacaq


Ötən həftə “Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon sahibləri üçün “Windows Insider” proqramının beta testində dəyişikliklər edərək “Windows Redstone 3” yeniləməsinin sınağında azsaylı qurğu sahiblərinin iştirak edə biləcəyini açıqlayıb. Bu qurğuların isə bu ayın sonunda “Windows 10 Creators Update” yenilənməsinədək yenilənməsi nəzərdə tutulur. Bundan başqa, digər smartfon istifadəçiləri yeni “Windows 10” test proqramı almamaqla yanaşı, əvvəlki proqramları quraşdırmaq imkanından məhrum olacaqlar.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Microsoft” korporasiyası “Windows Store” mağazasından “Windows Phone 8.1” sistemli smartfonları “Windows 10 Mobile” sisteminədək yeniləməyə imkan verən “Upgrade Advisor” proqramını ləğv edib. Bundan əlavə, “Windows Phone 8.1” sistemli qurğularda “Windows 10” test proqramının quraşdırılması qeyri-mümkün olacaq. Bu isə o deməkdir ki, əvvəlcədən “Windows Phone 8” və ya “Windows Phone 8.1” sistemi ilə buraxılan smartfonda “Windows 10” test proqramının quraşdırılmasına baxmayaraq bu sistemi rəsmən dəstəkləmədiyinə görə “Windows Phone 8.1” ləğv edildikdən sonra təkrar “Windows 10 Mobile” sistemini quraşdırmaq imkanı olmayacaq.  

ABŞ korporasiyasının mövcud “Windows 10 Mobile” sistemli smartfonları nə vaxtadək dəstəkləməsi və yeni sistemlərin buraxılması barədə məlumat verilmir.

Nizam Nuriyev 





18/04/17    Çap et