Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətkarlar mesaj və vacib məlumatların mübadiləsində hansı proqramlara üstünlük verirlər?


“Flashpoint” şirkətinin yeni hesabatına əsasən, hakerlər mesaj və vacib məlumatların mübadiləsində ən çox “Skype”, “Jabber” və “ICQ” proqram təminatından istifadə edirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “uenews.ru” saytına istinadən yazır ki, ixtisaslaşdırılmış forumların monitorinqi sayəsində hakerlərin fəaliyyəti haqda gizli məlumat əldə etmək mümkün olub. Son zamanlar kibercinayətkarlar daha çox “Telegram” və “WhatsApp” kimi populyar xidmətlərdən istifadəyə başlayıblar.
 
2012-ci ilədək “Skype” proqram təminatı hakerlər arasında populyarlığına görə ikinci yeri tuturdu, indi isə informasiya mübadiləsi üzrə liderdir.
 
Emil Hüseynov





25/04/17    Çap et