Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “Mac OS X 10.7” əməliyyat sisteminin 6 milyondan çox surətini satıb


“Apple” şirkəti iyul-sentyabr ayları ərzində “Mac OS X 10.7 Lion” əməliyyat sisteminin 6 milyondan çox surətini satıb.

Bu barədə “iPhone 4S” smartfonunun yeni versiyasının təqdimatı çərçivəsi ərəfəsində “Apple” şirkətinin rəhbəri Tim Kuk bildirib.

Onun sözlərinə əsasən, “10.7” versiyasının satış göstəricisi 2009-cu ildə bazara çıxarılmış əvvəlki versiya – “Mac OS X 10.6 Snow Leopard”-ın satış göstəricisini 80% ötüb.




06/10/11    Çap et