Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Word” proqramının mühafizəsi gücləndirilib


ABŞ-ın "Microsoft" korporasiyası "Word" ofis proqramının mühafizəsi ilə bağlı problemlərin aradan qaldırılmasını açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Rusargument" resursuna istinadən yazır ki, bir müddət əvvəl korporasiya "Word" ofis proqramında hakerlərə dünyada fərdi kompüterlərə və onlarda saxlanılan məlumatlara daxil olmağa imkan verən səhvlə bağlı problemin əmələ gəlməsi barədə məlumat verib.

Məlumata görə, hakerlər dünyada bir milyondan çox bank hesabına müdaxiləyə nail olublar. Mütəxəssislər proqram xidmətinin bərpası üzərində təxminən 9 ay çalışmalı olublar.

Hazırda haker hücumlarının təsirindən mühafizə olunan "Word" proqramı istifadə üçün təhlükəsizdir. 

Nizam Nuriyev




29/04/17    Çap et