Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” sisteminin payız yeniləməsində “Microsoft Edge” brauzerinin əsas problemi aradan qaldırılacaq


“Microsoft Edge” brauzeri sonuncu dəfə aprelin əvvəlində “Creators Update” ilə birgə yenilənib. İndiyədək sistem yeniləmələri brauzerin versiyasının yenilənməsi, səhvlərin düzəlişi, optimallaşdırma və yeni funksiyaların tətbiqi üzrə yeganə vasitədir. Müqayisə üçün “Google Chrome” və başqa  brauzerlərdə düzəlişlər operativ şəkildə həyata keçirilir. “Neowin” resursunun məlumatına görə, “Windows 10” sisteminin sentyabr yeniləməsində “Edge” brauzeri sistemdən asılı olmayaraq yenilənmək imkanı əldə edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Microsoft Store” proqramlar mağazasında ayrıca “Microsoft Edge” proqramı təqdim ediləcək.

Emil Hüseynov





02/05/17    Çap et