Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib


“Google” korporasiyası “Google I/O 2017” illik konfransı çərçivəsində “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, növbəti dəfə sistemin optimallaşdırılmasına və avtonom iş vaxtının artırılmasına böyük önəm verilib. “Android O” sistemində fon rejimində işləyən proqramlar üçün yeni məhdudiyyətlər istifadəyə verilib  və bu, qurğunun işini yaxşılaşdırmağa kömək edir. İndi fon rejimində işləyən proqramlar internet trafikini intensiv işlətməyəcək. Həmçinin mobil tətbiqlər mağazasında kompüter təliminə əsaslanan zərərverici proqramlardan mühafizə sistemi reallaşdırılıb.

Sistemdə cari proqram üzrə xəbərdarlıqların mövcudluğunu göstərən ikonkalar üçün xüsusi beydc istifadəyə verilib. Proqramın ikonkasını tutub saxlamaqla dərhal xəbərdarlığı oxumaq olar. Belə beydclər “iOS” mobil əməliyyat sistemində də mövcuddur. Piktoqramlar sistemin ümumi görünüşünə uyğun avtomatik tənzimlənir.

Emil Hüseynov





18/05/17    Çap et