Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Microsoft” korporasiyası “Xbox 360” platformasına televiziya əlavə edəcək


Veb-mənbələrin məlumatına əsasən, tezliklə “Xbox 360” oyun konsolunun sahibləri televiziya məzmununa da baxa biləcəklər.

“Microsoft” korporasiyasının partnyorlarının “Comcast”, “Verizon” və “HBO” şirkətləri olacağı bildirilib. İstifadəçilər oyun konsolunda müxtəlif əyləncə verilişlərinə, filmlərə, TV-şoulara və s. baxa biləcəklər.

Lakin məzmunun çox hissəsi pullu olacaq. Bəzi hallarda, həmçinin illik 60 dollar dəyərində olan “Xbox Live Gold” abunəsini də əldə etmək lazım olacaq.

2005-ci ildə “Xbox 360” konsolunun təqdim edilməsi anından “Microsoft” qurğunun təxminən 55 milyon müxtəlif modifikasiyasını reallaşdırıb. “Xbox Live” şəbəkəsi iştirakçılarının sayı 35 milyona çatır.




06/10/11    Çap et