Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” pərəstişkarları Cobsun şərəfinə veb-sayt yaradıblar


Stiv Cobsun ölüm xəbərindən bir neçə saat sonra “Apple” pərəstişkarları fəallıq göstərməyə başladılar.

Şirkətin pərəstişkarları Cobsun şərəfinə “SteveJobsDay2011.com” veb-saytını yaradıblar. Onlar oktyabr ayının 14-nü “Stiv Cobs günü” elan etməyə çağırırlar.

"Gəlin, bu günü təqvimdə xüsusilə qeyd edək və bu insana təşəkkür bildirək. Axı o, həqiqətən buna layiqdir"- saytdakı xəbərdə deyilir. Saytla paralel olaraq pərəstişkarlar bu qərara dəstək olaraq “Facebook”da qrup da açıblar.

Qrupa bir anda minlərlə ziyarətçi qoşulub. Onlardan bir çoxu “Apple” məhsulu olan mağazalara güllər gətirməyi təklif edirlər. Çoxları sadəcə "Təşəkkür, Stiv" yazır və qrupu dəstəkləyirlər.




06/10/11    Çap et