Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfir: “Azərbaycanla Koreya arasında İKT sahəsində əlaqələr yüksək templə inkişaf edir”


Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci-Ha Cənubi Koreya dövlətinin yaradılması münasibətilə təşkil olunan təntənəli mərasimdə bildirib ki, Azərbaycanla Koreya arasında müxtəlif sahələrdə, xüsusən də nəqliyyat və informasiya kommunikasiya texnologiyaları (İKT) sferalarında əməkdaşlıq əlaqələrinin, həyata keçirilən layihələrin böyük əhəmiyyəti var.

İT sahəsində dünyanın aparıcı dövlətlərindən olan və böyük təcrübəyə malik Koreya mütəxəssislərinin əldə etdiyi bilik və təcrübəni bölüşməyə hər zaman hazır olduqlarını vurğulayan Li Ji-Ha ölkələrimiz arasında İKT sahəsində əlaqələrin yüksək templə inkişaf etdiyini qeyd edib.




07/10/11    Çap et