Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “İce Cream Sandwich” əməliyyat sistemini təqdim edəcək


“Google” şirkəti gələn həftə çərşənbə axşamı San-Dieqo (Kaliforniya) şəhərində keçiriləcək “Samsung Unpacked” tədbiri çərçivəsində “İce Cream Sandwich” kimi tanınan “Android” əməliyyat sisteminin yeni versiyasını təqdim edəcək.

“Google” şirkəti bu məlumatı hələ ki rəsmən təsdiq etmir, lakin internet-şirkətdən bir neçə həftə əvvəl bildiriblər ki, “İce Cream Sandwich”-in təqdimatı oktyabr- noyabr aylarına nəzərdə tutulub.

Bu tədbirdə Koreyanın “Samsung” şirkətinin öz yeni “Nexus Prime Android” smartfonunu təqdim edəcəyi gözlənilir.




07/10/11    Çap et