Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 8” smartfonunun əsas özəllikləri bəlli olub


Hindistanda “iPhone” smartfonlarının istehsalı ilə məşğul olan Tayvanın “Wistron” şirkətinin baş direktoru Robert Hvanq “Apple” şirkətinin yeni smartfonu haqda bəzi şayiələri təsdiq edib. Bu haqda “Nikkei Asian Review” nəşri yazır.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, yeni “iPhone” smartfonu sukeçirməz korpusla təchiz ediləcək. Bundan başqa, Hvanq cihazın simsiz enerjidoldurma sistemi ilə təchiz edilməsi ilə bağlı yayılmış şayiələri təsdiqləyib.

"iPhone smartfonunun quraşdırma prosesi əvvəlki nəsillərlə müqayisədə çox dəyişməyib, hərçənd sukeçirməzlik və simsiz enerjidoldurma kimi yeni funksiyalar bir qədər başqa test tələb edir" –  “Wistron” şirkətinin direktoru deyib.

Yeni “iPhone” smartfonu  2017-ci ilin payızında “Apple” şirkətinin illik təqdimatında təqdim ediləcək.

Emil Hüseynov





17/06/17    Çap et