Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stiv Cobs “Apple” üçün 4 illik inkişaf planı hazırlayıbmış


Xəstəliklə əlaqədar tezliklə öləcəyini bilən Stiv Cobs “Apple” şirkətinin gələcək inkişafı ilə bağlı plan üzərində işləyirdi.

“The Daily Mail” yazır ki, məhz bu səbəbdən korporasiyanın banisi Kupertino şəhər sovetinin iclasında şəxsən iştirak edirdi və yerli hakimiyyətin yeni qərargahın tikintisinə razılıq verməsinə çalışırdı.

Bundan başqa, Stiv Cobs “iPod”, “iPad”, “iPhone” və noutbukların gələcək inkişafı haqqında təkliflər hazırlayıb. Bu ideyalar “Apple” məhsullarının yenilənməsinin ən azı 4 il müddəti üçün kifayətdir .

Stiv Cobsun dəfni bazar günü olacaq. Dəqiq yer və vaxt bildirilmir. Şayiələrə əsasən, “Apple” banisini buddist ənənələrinə uyğun olaraq dəfn edəcəklər və mərasimdə yalnız ən yaxın insanlar iştirak edəcəklər.




08/10/11    Çap et