Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android Market” mağazasının dəstəklənməsi dayandırılacaq


"Google" şirkəti "Android 2.1 Eclair" və əməliyyat sisteminin daha əvvəlki versiyaları üçün "Android Market" onlayn mağazasının dəstəklənməsinin dayandırılacağını rəsmən açıqlayıb. Cari ilin iyunun 30-dan etibarən əməliyyat sisteminin bu versiyaları ilə işləyən qurğu istifadəçiləri mağazaya daxil olmaq və oradan proqramlar yükləmək imkanından yararlana bilməyəcəklər.  

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, dəstəyin dayandırılması barədə istifadəçilərə əvvəlcədən bildiriş göndərilməyəcək. 

Xatırladaq ki, "Android Market" 2012-ci ildə istifadəyə verilən "Google Play" mağazasını əvəz edir. "Android 2.1 Eclair" əməliyyat sistemi 2009-cu ilin oktyabrında buraxılıb. "Google Play" onlayn mağazası "Android 2.2 Froyo" və sistemin daha sonrakı versiyaları ilə işləyən qurğular üçün nəzərdə tutulub.

Nizam Nuriyev 





21/06/17    Çap et