Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"İnqilabi" prosessor nüvəsi yaradılır


“Intel” şirkəti tamamilə yeni prosessor nüvəsinin hazırlanması ilə məşğuldur və bu, 4-5 il sonra “Core” mikro arxitekturasını əvəz edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, sözügedən şirkətin saytında yerləşdirilmiş vakansiyada deyilir ki, “Intel” şirkəti  yüksək məhsuldarlıqlı növbəti nəsil “inqilabi” nüvə hazırlayan mühəndis axtarır. İdeyalarınızın ağ lövhədən milyardlarla mikrosxem üzərinə köçürülməsini istəyirsinizsə, bizim komandaya qoşulun" – vakansiyanın təsvirində belə qeyd edilib.

Şirkətin məlumatına görə, yeni komandanın vəzifəsi növbəti onillikdə hesablamaları təmin edən inqilabi mikroprosessor nüvəsi yaratmaqdır".

Emil Hüseynov





06/07/17    Çap et