Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Messenger”də reklam yerləşdirmək funksiyası istifadəyə veriləcək


“Facebook” messencerinin tərtibatçıları tezliklə proqramda kommersiya elanlarının yerləşdirilməsi funksiyasının istifadəyə veriləcəyini açıqlayıblar. Bu barədə servisin rəsmi bloqunda deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, reklam messencerin dialoqlar arasında əsas tab-vərəqəsində yerləşəcək. İstifadəçilər düyməni elanın üzərinə basmaqla dərhal şirkətin saytına keçə və ya nümayəndə ilə söhbətə başlaya biləcəklər.
 
Məlumata görə, reklam parametrləri smartfon ekranının ölçüsündən, eləcə də saxlanılan dialoqların sayından asılı olacaq. Elanların yönləndirilməsi sistemi istifadəçi yazışmalarının məzmununu nəzərə almayacaq.
 
Reklamçıların yeni alətdən iyulun sonunadək yararlana biləcəkləri gözlənilir. Bununla yanaşı, funksiya dünyanın müxtəlif regionlarında tədricən istifadəyə veriləcək.
 
Xatırladaq ki, “Facebook Messenger”də reklamın sınaqlarına 2017-ci ilin yanvarın sonunda başlanılıb. İlkin mərhələdə alətdən Avstraliya və Tailand istifadəçiləri yararlanmaq imkanı əldə edib.
 
Nizam Nuriyev 





12/07/17    Çap et