Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“GoPro QuikStories” videonu avtomatik ötürəcək


"GoPro" şirkəti qısa videoların yaradılması və onların sosial şəbəkələrdə dərc edilməsi üçün nəzərdə tutulan yeni "QuikStories" funksiyasını təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, "Quik" redaktorunun yeni funksiyası olan "QuikStories" əvvəllər qısa videoların yaradılmasını dəstəkləsə də, indi bunu avtomatik edəcək. Yenilənmə, həmçinin "GoPro Hero 5" kamerası ilə son çəkilmiş videoları fon rejimində smartfona ötürməyə imkan verəcək və bundan sonra "Quik" əlavəsi redaktə etməyə başlayacaq.
 
"GoPro" xəbərdarlıq edir ki, kameranın enerjisi 20 faizdən çox olmalıdır, əks halda faylların ötürülməsi dayandırıla bilər. Uzun videoçarxların ən yaxşı fraqmentlərini kəsən "Quik" redaktoru kompüter görmə qabiliyyətindən istifadə edir.
 
Şirkət "QuikStories" vasitəsilə istifadəçiləri daha çox keyfiyyətli kontent yaratmağa və onları sosial şəbəkələrdə paylaşmağa stimullaşdırmaq niyyətindədir.
 
Nizam Nuriyev 







28/07/17    Çap et