Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” üçün “Word Flow” klaviaturası ləğv edilib


“Microsoft” korporasiyası “App Store” əlavələr mağazasında “iPhone” üçün “Word Flow” klaviaturasını ləğv edib. Korporasiya bunu eksperimentin başa çatması ilə izah edərək istifadəçilərə “SwiftKey” klaviaturasından istifadəni tövsiyə edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Word Flow” böyüdülmüş displeylərdə mətnlərin tək əllə yığılması üçün nəzərdə tutulan klaviaturadır. 2016-cı ilin aprelində təqdim edilən proqram “iPhone” smartfonunun “Plus” versiyalarının istifadəçiləri arasında populyar olub. Klaviatura mətni bir əllə yığmağa imkan verir və  klavişləri həm adi, həm də yarımdairəvi şəkildə yerləşdirmək mümkündür ki, bu da onu böyüdülmüş ekranlarda istifadə üçün ideal edir.
 
Məlumata görə, “iPhone” istifadəçiləri bundan sonra əlavəni “App Store”dan yükləmək, onu əvvəllər quraşdıranlar isə yeniləmək imkanından yararlana bilməyəcəklər.  
 
Nizam Nuriyev 





01/08/17    Çap et