Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo” şirkəti “Windows 10 S” sistemi ilə işləyən noutbuklarını təqdim edib


“Lenovo” şirkəti “Windows 10 S” əməliyyat sisteminin idarəetməsi ilə işləyən  noutbukları bazara çıxarmış ilk kompüter istehsalçılarından biridir. Çin istehsalçısının çeşidinə “Lenovo N23” (280 dollar) və “N24” (310 dollar) modelləri daxil edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, hər iki aparat 1366x768 nöqtə təsvir ölçülü 11,6 düymlük “IPS” ekran, 4 QB əməli və 64 QB daxili yaddaş, çıxarılıb taxılan daşıycılar üçün microSD slotu, həmçinin “USB 3.0”, “USB 2.0”, “HDMI” portları ilə təchiz ediliblər.
 
Yeni qurğular yalnız onlara qurulmuş prosessorlarla fərqlənir: “N23” noutbukuna “Celeron N3160” çipi qurulub, “N24” modeli isə daha güclü “Celeron N3450” və “Pentium N4200” prosessorlarının idarəetməsi altında işləyə bilər.
 
Noutbuklara adi “Windows” ilə müqayisədə daha sürətli işləyən və yüksək təhlükəsizlik səviyyəsinə malik olan yeni “Windows 10 S” əməliyyat sistemi quraşdırılıb.
 
Qurğularda tətbiq edilmiş konstruksiya onlardan planşet kimi, yaxud başqa vəziyyətlərdə (məsələn, filmləri izləmək və ya təqdimatların keçirilməsi) istifadəyə imkan verir.
 
Emil Hüseynov





04/08/17    Çap et