Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Dart” veb-proqramlaşdırma dilini təqdim edib


“Google” şirkəti veb-proqramların yaradılması üçün yeni “Dart” veb-proqramlaşdırma dilinin ilkin versiyasını təqdim edib. Tərtibatçıların sözlərinə əsasən, yenilik asan şəkildə mənimsənilməsi və “Dart” əsasında yaradılan həllərin yüksək məhsuldarlığı ilə fərqlənir.

“Google” şirkətinin hazırladığı proqramlaşdırma dili “JavaScript” dilinə alternativdir. Tərtibatçılar “Dart” proqramlaşdırma dilinin açıqlığını təmin edəcək və “Chrome” səyyahını sistemə daxil edəcəklər.

Hal-hazırda “Google” şirkəti “Dart” tərkibində olan alətlər və baza kitabxanalarının dəsti ilə tanış olmağı təklif edir.




11/10/11    Çap et