Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Faylların sürətli və təhlükəsiz mübadiləsi üçün yeni xidmət təqdim olunub


“Mozilla” faylların sürətli və təhlükəsiz mübadiləsi üçün “Firefox Send” adlı yeni xidmətini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, “Firefox Send” xidməti fayl yükləndikdən sonra onu serverdən silir. Həmçinin fayl 24 saat ərzində yüklənmədiyi halda avtomatik silinir. Bir dəfəyə yalnız bir fayl göndərmək olar, ancaq yeni xidmət son gün ərzində bütün yükləmələrin tarixçəsini özündə  saxlayır. Həmçinin istinadları mübadilə buferinə köçürmək imkanı mövcuddur.

Bu konsepsiya yeni deyil. Belə xidmətlər (məsələn, file.io) mövcuddur, amma “Mozilla” şirkətinin həlli sürəti və sadəliyi ilə fərqlənir. Xidmətdən istifadə üçün “Mozilla”da hesab və “Firefox brauzerinin mövcudluğu tələb olunmur. Yeni xidmət ayrıca sayt şəklində fəaliyyət göstərir. Qeyd edək ki, xidmət bütün brauzerlərdə işləmir. Məsələn, “Safari” brauzerində işləmir.

Emil Hüseynov





04/08/17    Çap et